Sloveniya gerbi | |
---|---|
Detallar | |
Təsis edilib | 1991 |
Vikianbarda əlaqəli mediafayllar |
Sloveniya gerbi aşağısında və yanlarında ensiz qırmızı haşiyəsi olan qalxandır, onun göy sahəsində iki dəfə dalğalı oyulmuş gümüş fiqur[1], Triqlav dağının və Adriatik dənizinin simvolik təsviridir. Qalxanın başında üçbucaq şəklində düzülmüş üç qızılı altıguşəli ulduz var (Qraf fon Zillinin gerbindən qəbul edilmişdir).
Gerb Sloveniyanın bayrağında görünür. Gerbin müəllifi — Marko Poqaçnikdir.